Medallar təqdim olundu

medallar-teqdim-olundu
Oxunma sayı: 1731

Azərbaycan prezidentinin 28 oktyabr 2017-ci tarixli Sərəncamı ilə 1 noyabr kənd təsərrüfatı işçilərinin peşə bayramı ilə əlaqədar Kənd təsərrüfatının inkişafında xidmətlərinə və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Kənd Təsərrüfatı Nazirliyinin bir qrup işçisi Dövlət qulluğunda fərqlənmə və Tərəqqi medalları ilə təltif ediliblər. 

“Qafqazinfo” xəbər verir ki, dövlət başçısının digər Sərəncamları ilə Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq təbabəti və Zoomühəndislik fakültəsinin dekan əvəzi, dosent Telman İsgəndərova “Əməkdar müəllim” fəxri adı və Aqrar elmin inkişafında xidmətlərinə görə Əsəd Cənnət oğlu Musayevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.

Tədbirdə çıxış edən kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov təltif olunan mütəxəssisləri təbrik edərək, gələcək işlərində uğurlar arzulayıb. 

Sonra nazir müavini təltif olunmuş mütəxəssislərə mükafatları təqdim edib.