Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 250 adda kitab nəşr etdilib

medeniyyet-ve-turizm-nazirliyi-terefinden-250-adda-kitab-nesr-etdilib-
Oxunma sayı: 637

Ötən il nazirliyin dəstəyi ilə 40-a yaxın nəşr layihəsi gerçəkləşmişdir. 2006-cı ildən başlayaraq Azərbaycanda çap edilmiş kitablar İsgəndəriyyə (Misir), Frankfurt (Almaniya), Varşava (Polşa), Pekin (Çin), İstanbul (Türkiyə), Moskva (Rusiya), London (Böyük Britaniya), Tehran (İran), Paris (Fransa) və s. şəhərlərdə keçirilmiş beynəlxalq kitab sərgi-yarmarkalarında nümayiş etdirilmiş, ziyarətçilərin böyük marağına səbəb olub.

2009-cu və 2011-ci illərdə paytaxtımızda Bakı Beynəlxalq kitab sərgi-yarmarkası təşkil edilmiş və bu tədbirlərdə 100-dən çox yerli, 30-a yaxın xarici nəşriyyat-poliqrafiya müəssisəsi və kitabxanalar iştirak etmişlər.