Mədəniyyət və Turizm Nazirliyinin səlahiyyəti genişlənə bilər

medeniyyet-ve-turizm-nazirliyinin-selahiyyeti-genislene-biler-
Oxunma sayı: 648

Onun sözlərinə görə, yeni qanun layihəsinin hazırlanması ilə bağlı Mədəniyyət və Turizm Nazirliyində işçi qrup yaradılıb və qanun layihəsi hazırlanır. Millət vəkili deyib ki, qanun layihəsində turizmlə bağlı çoxlu maraqlı yeniliklər nəzərdə tutulur.

"Bu yeniliklərlə turizm nazirinə müəyyən səlahiyyətlər verilməsi və Azərbaycanda turizmin inkişafı üçün iqtisadi-siyasi münasibətlərin tənzimlənməsi nəzərdə tutulur", - Rəcəbli əlavə edib.

Millət vəkilinin sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansında müəyyən istirahət yerləri var ki, həmin yerlərdən gələcəkdə Turizm Nazirliyi də istifadə edə bilər.

"Bəzi yerlər var ki, təbiətlə bağlıdır, lakin Turizm Nazirliyi bu obyektlərdən daha yaxşı istifadə edə bilər. Hər iki nazirliyin birgə sənədi ola bilər ki, o yerlər qorunsun, eyni zamanda turizm məqsədləri üçün səmərəli istifadə olunsun", - Rəcəbli qeyd edib.