Mədəsindən bir kilo saç çıxdı

medesinden-bir-kilo-sac-cixdi
Oxunma sayı: 647

"Qafqazinfo"nun məlumatına əsasən, bir müddət imiş ki gənc qız mədə ağrılarından, iştəhasızlıqdan, davamlı ürək bulanmasından əziyyət çəkirmiş. Ailəsi tərəfindən xəstəxanaya aparılan qızı müayinə edən həkimlər onun mədəsində qəribə kütlə aşkar ediblər. Dərhal əməliyyat olunan qızın mədəsindən bir kiloqram ağırlığında saç çıxıb. Yumaq şəklində toplanmış saç artıq mədənin formasını da alıbmış. Həkim-cərrah Mustafa Sarı xəstənin saç yemək vərdişinin olması səbəbindən bu vəziyyətə düşdüyünü deyib. O, qeyd edib ki, bu vərdiş bir xəstəlik formasındadır və bəzi insanlar özünü ifadə edə bilmədikdə, özünə qapananda saç yeməklə təsəlli tapırlar. Adı mətbuata açıqlanmayan gənc qızın vəziyyəti əməliyyatdan sonra yaxşılaşıb. Anası isə qızının xəstəxanadan çıxandan sonra onun saçlarını qısa kəsdirəcəyini deyib.

Raminə