Mədəsini kiçiltdiyinə görə öldüyü deyilən qadının yaxınlarından etiraz - Foto + Yenilənib

medesini-kiciltdiyine-gore-olduyu-deyilen-qadinin-yaxinlarindan-etiraz
Oxunma sayı: 10030

Azərbaycanda daha bir qadın mədəkiçiltmə əməliyyatı zamanı dünyasını dəyişib. 

“Qafqazinfo”nun Modern.az-a istinadən verdiyi məlumata görə, Sevinc adlı xanım dünən mədəkiçiltmə əməliyyatına girib və gecə saatlarında həyatını itirib. Xanımın azyaşlı övladı var.

Mərhumun Bakı Dəmiryol Xəstəxanasının işçisi olduğu bildirilir.

Sayt Bakı Dəmiryol Xəstəxanası ilə əlaqə saxlasa da, bazar günü olduğundan hər hansı infromasiya almaq mümkün olmayıb.

***

Mərhumun yaxınlarının “Qafqazinfo”ya verdiyi məlumata görə, o, mədə kiçiltdiyinə görə dünyasını dəyişməyib:

Belə ki, onun vəfatına ürək tutmasının səbəb olduğu bildirilib. Həmçinin, Bakı Dəmiryol Xəstəxanasında işləmədiyi qeyd edilib.