Mədət Quliyev bəzi işçilərini qovdu

medet-quliyev-bezi-iscilerini-qovdu
Oxunma sayı: 671

Penitensiar Xidmətin bir sıra əməkdaşlarının intizam məsuliyyətinə cəlb olunması, bir neçə müəssisə rəisi və işçisinin tutduğu vəzifələrdən və ədliyyə orqanlarından azad edilməsinin səbəbi onların öz işlərində yol verdiyi ciddi nöqsanlar olub.

"Lakin Xidmətin heç bir əməkdaşı cinayət məsuliyyətinə cəlb edilməyib", - şöbə rəisi əlavə edib.

Onun sözlərinə görə, Penitensiar Xidmətin 7 cəzaçəkmə müəssisəsinin rəisi onların rəhbərlik etdiyi müəssisələrdə çox ciddi qüsurlar olduğuna görə tutduqları vəzifələrdən azad ediliblər. Belə ki, həmin müəssisələrdə dəfələrlə araşdırma və yoxlamalar aparılıb və orada bütün xidmət sahələrində ciddi qüsur və nöqsanların olduğu müəyyən edilib. Bundan sonra həmin şəxslər tutduqları vəzifələrdən azad olunublar.

Şöbə rəisinin sözlərinə görə, onların hamısına əvvəlllər dəfələrlə xəbərdarlıq edilib. Buna baxmayaraq, həmin işçilər bundan nəticə çıxarmayıblar.
"Ayrı-ayrı əməkdaşlar yol verdikləri nöqsanlara görə dəfələrlə intizam məsuliyyətinə cəlb olunublar, lakin xidmətlərində hər hansı müsbət dəyişiklik olmadığına görə onlar ədliyyə orqanlarından xaric edilib. Onlara dəfələrlə xəbərdarlıq edilib, barələrində intizam tənbeh tədbirləri tətbiq olunub, amma bir nəticə olmadığına görə nəticədə belə sərt qərar vermək lazım gəlib", - Sadıqov vurğulayıb.

Qeyd edək ki, ədliyyə naziri Fikrət Məmmədovun iştirakı ilə Penitensiar Xidmətin 2012-ci ildəki fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə dair keçirilmiş müşavirədə ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Mədət Quliyev bildirmişdi ki, ötən il Penitensiar Xidmətin kobud qanun pozuntularına yol verən 164 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, 7 müəssisənin rəisi və 24 işçisi tutduqları vəzifədən azad olunub və ya ədliyyə orqanlarından xaric edilib.