Mədət Quliyev “lotu”ların həbsxanalardakı davasından danışdı

medet-quliyev-lotularin-hebsxanalardaki-davasindan-danisdi-
Oxunma sayı: 757


Penitensiar Xidmətin rəisi Mədət Quliyev kriminal avtoritetlərin nüfuz savaşının cəzaçəkmə müssisələrinə nə qədər təsir edib etməməsi barədə açıqlama verib. “Qafqazinfo”nun məlumatına görə, xidmət rəisi Rövşən Lənkəraniski və Qoca ləqəbli avtoritetlərin nüfuz savaşı ilə bağlı sualı cavablandırıb. O billdirib ki, harada cəzaçəkmə müəssisələri var orada postsovet məkanından miras qalmış məsələlərdə müəyyən məhkum olmuş və ya hər hansı nüfuza malik məhkumların təsir zonaları var: “Mən adları çəkmək istəmirəm. Siz dediyiniz adamların o qədər də təsirləri yoxdur. Pentensiar xidmətin zabitləri və əməkdaşlarının işi odur ki, biz belə halların qarşısını alırıq. Bizim cəzaçəkmə müəssisələri Azərbaycan qanunları çərçivəsində fəaliyyət göstərir” .

Günel Türksoy