Mədət Quliyev veloyürüşdə - Fotolar

Mədət Quliyev veloyürüşdə
Oxunma sayı: 3938

Noyabrın 5-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı, Heydər Əliyev Mərkəzinin və Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) dəstəyi ilə 9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunan “Bayrağımız qürur mənbəyimizdir” devizi altında veloyürüş keçirilib.

“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, yürüşdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, DTX-nin velosiped klubunun və AzVİF-in üzvləri, eləcə də həvəskar velosipedçilər iştirak ediblər.

DTX-nin binası qarşısından start götürən veloyürüş Heydər Əliyev Sarayının qarşısında başa çatıb. Yürüşə qatılan 200-dən artıq velosipedçi 12 kilometr məsafə qət edib.

Veloyürüş iştirakçıları Heydər Əliyev Sarayının qarşısındakı parkda Heydər Əliyevin abidəsi önünə əklil və gül dəstələri qoyublar.









Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi