“Media açari” gələn ilin yanvarin təqdim olunacaq

media-acari-gelen-ilin-yanvarin-teqdim-olunacaq
Oxunma sayı: 643

Məlumatı “Media forum” saytına “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev verib. Onun sözlərinə görə, mükafat 2012-ci ilin yanvar ayının 10-da “Avropa” hotelində təqdim olunacaq: “Media açarı”nın təqdimat forması dəyişməyib”.

“Media açarı” mükafatı son dəfə 2010-cu il iyulun 23-də bu nominasiyalar üzrə təqdim olunub:

- İlin reportyoru;

- İlin şərhçisi;

- İlin media adamı;

- İlin xəbər proqramı.

1997-ci ildən bəri 22 İyul Azərbaycan Jurnalistikası Günü münasibətilə təqdim olunan “Media açarı” mükafatı 2011-ci ilin yayında təxirə salınıb.

Mükafatın təsisçiləri “Yeni Nəsil” Jurnalistlər Birliyi və Azərbaycan Jurnalistlər Birliyidir.