“Media açarı” mükafatının təqdimatı nə zaman olacaq?

media-acari-mukafatinin-teqdimati-ne-zaman-olacaq
Oxunma sayı: 648

Təşkilatçılar dəvət edəcəkləri xüsusi qonağın Bakıya gəlməsini gözləyir. “Media forum” saytına açıqlamasında “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev belə deyib.

Arif Əliyev bildirib ki, “Media açarı”nın təqdimat forması dəyişməyib: “Sadəcə, bu il laureatların müəyyənləşdirilməsi üçün mütəxəssislərin, mediaya yaxın insanların arasında bir sorğu da keçirdik. Sorğu 50-yə yaxın adamı əhatə edib. Həmin sorğunun nəticələri bizə obyektivliyi daha çox təmin etməkdə yardımçı olacaq. Amma “Media açarı” mükafatının sahiblərinin müəyyənləşdirilməsində əsas rolu münsiflərin rəyi oynayacaq”.

“Media açarı” mükafatı son dəfə 2010-cu il iyulun 23-də bu nominasiyalar üzrə təqdim olunub:
- İlin reportyoru;
- İlin şərhcisi;
- İlin media adamı;
- İlin xəbər proqramı.

1997-ci ildən bəri 22 İyul Azərbaycan Jurnalistikası Günü münasibətilə təqdim olunan “Media açarı” mükafatı 2011-ci ilin yayında təxirə salınıb.

Mükafatın təsisçiləri “Yeni Nəsil” Jurnalistlər Birliyi və Azərbaycan Jurnalistlər Birliyidir.