Mediada monitorinq olacaq

mediada-monitorinq-olacaq
Oxunma sayı: 652

“Yeni Media Jurnalistləri” İctimai Birliyi ölkədə fəaliyyət göstərən internet mediasının monitorinqini aparacaq.

Bu barədə qurumun rəhbəri Xaqani Səfəroğlu bildirib. Monitorinq zamanı onlayn KİV-lərin ictimai-siyasi –mədəni həyata təsir imkanları, informasiyanın yayılmasında oynadığı rol öyrəniləcək.

Yaradılacaq monitorinq qrupu internet qəzetləri izləyəcək və onlayn yayımlanan xəbərlərin, məlumatların ictimai rəyə təsir imkanlarını araşdıracaq. Monitorinq zamanı internet qəzetlərin oxucularla interaktiv əlaqələri, etik davranış qaydaları, İP problemləri diqqət mərkəzində olacaq.

Monitorinq ölkədə fəaliyyət göstərən nüfuzlu internet qəzetlərini əhatə edəcək. Nəticələr ilin sonunda açıqlanacaq