Medical Park parkinson xəstələrini həyata bağlayır

medical-park-parkinson-xestelerini-heyata-baglayir
Oxunma sayı: 1415

“Qafqazinfo” xəbər verir ki, beyin cərrahiyyəsi üzrə mütəxəsis-həkim Ali Zırh başqalarından asılı bir həyat keçirən parkinsonlular üçün, beyin pilinin “həyata bağlanmaq” anlamına gəldiyini söyləyir:
“Parkinsonlu xəstələrə beyin pili qoyulduqdan sonra xəstəliyin başladığı ilk illərdəki hallarına dönürlər və normal həyatlarına qaldıqları yerdən davam edirlər. Başqa sözlə beyin pili, zamanı geri alır. Əməliyyata girməzdən əvvəl qaşıq belə tuta bilməyən xəstə əməliyyatdan sonra azadlığına qovuşmuş olur.”
Yaşlılıq xəstəliyi olaraq tanınan və xalq arasında “titrəmə” olaraq bilinən parkinson dərman müalicəsi ilə, beyin pili əməliyyatı ilə çarəsiz xəstəliklər sırasından çıxdı. Medical Park Bahçelievlər xəstəxanasının beyin cərrahı həkim mütəxəsis Ali Zırh: yaşlıların qorxulu yuxusu olan parkinson haqqında məlumat verdi.
Parkinson nədir?
Parkinson: beyində dopamin adını verdiyimiz maddənin azalması ilə ortaya çıxan xronik nevroloji bir xəstəlikdir. Yaşın irəliləməsi ilə beyində dopamin əmələ gətirən hüceyrələrin azalması və ya zədələnməsi nəticəsində ortaya çıxan xəstəlik, hərəkət pozğunluqlarına və istək xaricində olan hərəkətlərəyol açır. Xəstəlik əllərdə və ayaqlarda əsməyə, hərəkətlərdə yavaşlama, əzələlərdə sərtlik və yerimə çətinliyi ilə qarşınıza çıxır.
Nə zaman əməliyyata ehtiyac duyulur?
Medical müalicədə daha artıq dozadan və daha sıx dərman qəbuluna baxmayaraq, xəstə yaxşılaşmırsa və dərman müalicəsinin təmin etdiyi rahatlıq müddəti azalırsa, dərman qəbuluna bağlı psixoloji problemlər və onlara bağlı ekstra problemlərə yol açan əks təsirləri artarsa, başqa sözlə dərman müalicəsinin bir xeyiri olmazsa ,o zaman əməliyyata ehtiyac duyulur.
Beyin pili necə tətbiq olunur?
Beyin pili taxdığımızda, iki tərəfli əməliyyatlarda beynin içində təsbit edilən o bölgələrə iki dənə elektrod yerləşdiririk. Sinədə dəri altına ürək pili kimi pil yerləşdirilir və dəri altından keçirilən uzatma əlaqələri ilə elektrodlar pilə bağlanır. Sistem hamısı bağlı və çöldən görünmür. Yalnız sinədə dəri altında bir qabarıqlıq görülür və hissedilir. Daha sonra kompüter vasitəsilə xəstəyə yaxşı gələcək tezlikləri və xəbərdarlıq parametrlərini nizamlayırıq.
Beyin Pili xəstələrdə necə bir dəyişiklik edir?
Əməliyyat sonrası xəstələr sağalır və normal həyatlarına davam edirlər. Beyin pili xəstələrimizi yenidən həyata qaytarır. Dərman müalicəsindən müsbət effekt görməyən, titrəmə, dərmandan əvvəlki kimi fayda görməyən Parkinson xəstələrində beyin pili müsbət nəticələr verir. Əməliyyata girməzdən əvvəl qaşıq belə tuta bilməyən xəstə, əməliyyatdan sonra azadlığına qovuşmuş olur. Ayaqqabısını bağlaya bilməyən, köməksiz yaşaya bilməyən, ictimai həyatdan qopan xəstələrə, beyin pili taxıldıqdan sonra, yenidən müstəqil və ictimai həyatlarına geri dönmək şansını əldə edə bilirlər.

Ünvan: NigarRəfibəyli 12/14 AZ 1001 Bakı, Azərbaycan
Tel:012 497 54 00
Mob: 055 221 90 28; 055 221 90 29