Medikal Parkda sümük iliyi nəqli

medikal-parkda-sumuk-iliyi-neqli
Oxunma sayı: 1620

Medikal Park Bahçelievlər Xəstəxanası Sümük İliyi Nəqli Mərkəzinin Pediatiriya şöbəsi, Türkiyənin ilk və tək özəl uşaq sümük iliyi nəqli mərkəzidir. “Qafqazinfo” xəbər verir ki, şöbədə 0-18 yaş qrupundakı uşaqların anaları onlarla bir yerdə qalır. Burada ayrı-ayrı xəstə otaqları var ki, ana və uşaq bir-birini görə biləcək, yatma vaxtı xaric olmaqla bütün günlərini bir yerdə kecirəcəklər.
Xəstə uşaqların yeməkləri bişirildikdən sonra steril qazanda birdə bişirilir və uşaqlara verilir. Burada analar üçündə ayrıca bir mətbəx də fəaliyyət göstərir. İçərisində mətbəxə lazım olan hər şey mövcuddur. Valideynlər yeməklərini ayrı otaqda yeyirlər, uşaq otağında isə sadəcə uşaqlar yemək yeyir. Yemək qabları xəstə otağına gətirilən zaman, işçilər otağa girmirlər. Qablar steril vəziyyətdə otağa gətirilir. Qablar və paltarlar yuyulduqdan sonra sterilizə edilir. Uşaq xəstələrinə təqdim olunan hər bir detalın böyüklərinkindən daha çox sterilizə edilmə səbəbi:həm xəstəliyin, həm iliy nəqlinin, həm də tuta biləcək infeksiyanın təsiri daha ağır ola bilər.
Uşaqlara edilən sümük iliyi nəqli böyüklərinkindən 10-15% daha fərqlidir. Uşaqlara bir donordan ilik nəqli gerçəkləşdirilir və bu donorlarlarında əksəriyyəti onların bacı və qardaşlarıdır. Belə xəstələrə iliy nəqli ən çox onların bacı və qardaşlarından alınan örnəylərdi ki, tibbdə ən çox bu yöntəmdən istifadə olunur.
Uşaqlarda sümük iliyi nəqli və müalicəsi prosesi bu mərhələrlə aparılır.
1) İliyin nəql edilməsindən 10 gün qabağ kemoterapi ilə xəstənin sümük iliyi yox edilir.
2) Çox ehtimal donor, xəstənin bacısı və ya qardaşı əməliyyatxanaya gətirilir. İynə ilə donorun sümük iliyindən kök hücrələr çəkilir və bir torbaya doldurulur. Bu torba qan görüntüsü verən, qan kök hücrələridir və xəstəyə kateterden verilir. Nəql olunan zaman xəstənin vücuduna işlənən qan resksiyasını nəzərdən qaçırtmaq olmaz çünki, bu çox ağır bir prosesdir. Burada bütün orqanların kök hücrəsi dəyişir və bu radikal dəyişmədir. Bu nəql zamanı bir çox infeksiyaya qarşı, xüsusilədə, göbələyə qarşı tədbirlər görülür.
İliy nəql olunandan sonra xəstə üçün ilk 7 gün sakit keçir. 14 və 28 gün arası keçəndən sonra toxuma yavaş-yavaş öz yerini alır və yerləşir. 21 gündən sonra isə xəstə özünü rahat hiss etməyə başlayır. Xəstənin risk altında olduğu vaxt 45 gündən 100 günə qədər uzana bilər. Sümük iliyi nəqlindən sonra ilk 3 ay uşaqda infeksiya riskinin və digər yan təsirlərin ən sıx olduğu vaxtdır. Daha sonra ki, vaxtlar xəstə üçün olduqca rahat keçəcək.