Medikal Parkda uşaqlar üçün göz müayinəsi

medikal-parkda-usaqlar-ucun-goz-muayinesi
Oxunma sayı: 739

Uşağların göz sağlamlığı anadan olduğları gündən və gələcəydəki uğurları baxımından çox vacibdir. Uşaqlarda vaxtında aşkar edilməyən, müalicə olunmayan, göz xəstəlikləri göz qırpması, göz təmbəlliyi, yaşlılıq, xəstəliyi olaraq bilinən lakin, uşaqlarda görülə bilən qlokom və katarakt kimi xəstəliklər onların az görməsinə və gələcəy həyatlarına mənfi təsir göstərir.
Əziz valideynlər! Bu kimi xəstəliklərin aşkara çıxarılmasını və müalicəsini gecikdirməyin, uşağınızın gələcək həyatını qaraltmayın. Heç bir şikayəti yoxsa körpələrdə 6 ay, orta yaş uşaqlarda 3 yaşından, məktəbə getməzdən əvvəl məktəb vaxtı hər il periyodik olaraq göz müayinəsindən keçirin.
Uşaq anadan olduğu gündən etibarən mütləq olaraq 6 ay göz həkimi tərəfindən müayinə edilməlidir.
Aşağıdakı vəziyyətlərdə belə hallar olarsa, mütləq uşaq göz həkiminə müraciət edin. Bir gözünü qırpırsa və ya bağlayırsa, göz-bəbəyi ağ ya da bulantılı isə, göz çəpliyi, ailədə göz nasazlığı varsa, gözlər ölçüsündən daha iri, qanlı, qırmızı isə, bulantılıq, qapağ düşüklüyü və sulanma halları varsa.
Körpələrdə ilk müayinə mütləq qırmızı yansıma testi, göz hərəkətlərinin dəyəndirilməsi, işıq reaksiyası müayinəsi, fiksasyon (sabitləmə) müayinəsi, örtmə testi, göz dibi müayinələri edilməlidir.