Medvedev ABŞ-ı təhdid etdi

medvedev-abs-i-tehdid-etdi
Oxunma sayı: 638

İslamazeri.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, prezident Dimitriy Medvedev, Vaşinqton rəhbərliyi, Rusiyanın raketdən müdafiə sistemləri ilə əlaqədar narahatlıqlarını nəzərə almazsa ABŞ-ın Avropadakı raketdən müdafiə sistemlərini hədəf ala biləcəklərini söyləyib.

Medvedev, televiziyada yayımlanan açıqlamasında bildirib ki, əgər NATO ilə ABŞ RMS planı mövzusunda razılaşma əldə edə bilməsə Rusiya ölkənin ən qərbindəki Kaliningrad ilə digər bölgələrə raketlər yerləşdirəcək.

Dimitriy Medvedev, ölkəsinin, ABŞ ilə nüvə silahların azaldılmasını nəzərdə tutan yeni START razılaşmasından çəkilə biləcəyini və ABŞ-ın, Avropaya RMS yerləşdirəcəyi halında silahların idarəsiylə əlaqədar digər razılaşmaları dayandıra biləcəyini qeyd edib.
Qeyd edək ki, Rusiya, ABŞ-ın Avropaya yerləşdirməyi nəzərdə tutduğu RMS-i, nüvə güclərinə bir təhdid olaraq qiymətləndirir.