Medvedev Artur Rasizadəyə başsağlığı verib

Medvedev Artur Rasizadəyə başsağlığı verib
Oxunma sayı: 2552

Rusiya baş naziri Dmitri Medvedev Narkoloji Mərkəzdə baş verən və 25 insanın ölümü ilə nəticələnən faciə ilə əlaqədar azərbaycanlı həmkarı Artur Rasizadəyə başsağlığı verib.

“Qafqazinfo” xəbər verir ki, başsağlığı məktubu Rusiya Nazirlər Kabinetinin saytında yerləşdirilib:

“Hökumət və şəxsən öz adımdan Bakıda Respublika Narkoloji Mərkəzində baş verən yanğında çoxsaylı insan tələfatı ilə əlaqədar dərin hüznlə başsağlığı verirəm. Həlak olanların yaxınlarına və doğmalarına təsəlli sözlərimizi, zərərçəkənlərə isə tezliklə sağalma diləklərimizi çatdırmağımızı xahiş edirəm”. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi