Medvedev Azərbaycan prezidentini təbrik etdi

medvedev-azerbaycan-prezidentini-tebrik-etdi
Oxunma sayı: 732

“Qafqazinfo”nun məlumatına görə, Rusiya prezidenti öz məktubunda Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Azərbaycan prezidentini təbrik edib: “Mehriban qonşuluq və qarşılıqlı etimad prinsiplərinə əsaslanan Rusiya-Azərbaycan münasibətləri yüksək strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Bizim əlaqələrimizin intensivliyi və səmərəli xarakteri, müxtəlif sahələrdə iri müştərək layihələrin effektiv həyata keçirilməsi, aktual regional problemlərin həllində sıx əməkdaşlıq buna dəlalət edir. Ümid edirəm ki, bu cür konstruktiv dialoq bundan sonra da həm ikitərəfli, həm də çoxtərəfli formatlarda davam edəcək. Əminəm ki, ölkələrimiz arasında siyasi, ticari-iqtisadi və mədəni-humanitar sahələrdə zəngin çoxşaxəli əlaqələrin inkişafı Rusiya və Azərbaycan xalqlarının əsas mənafelərinə uyğundur, Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə şərait yaradır”.