Medvedev Türkiyəyə gedir

Medvedev Türkiyəyə gedir
Oxunma sayı: 715

Rusiya baş naziri Dmitri Medvedev mayın 22-də Türkiyəyə rəsmi səfər edəcək.

“Qafqazinfo”nun “DHA”ya istinadən verdiyi məlumata görə, o, İstanbulda keçiriləcək Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə toplantısında iştirak edəcək. 

Medvedev səfər çərçivəsində türkiyəli həmkarı Binəli Yıldırımla görüşəcək.

Qeyd olunur ki, Rusiya heyətində baş nazirin müavini Arkadiy Dvorkoviç və energetika naziri Aleksandr Novak da yer alacaq.

Zirvə görüşünə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Yunanıstan lideri Prokopis Pavlopulos, Moldova prezidenti İqor Dodon və Rumıniya baş naziri Sorin Qrindyanunun da qatılması gözlənilir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi