Medvedyev odla su arasında qalıb

medvedyev-odla-su-arasinda-qalib
Oxunma sayı: 719

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, o, Rusiyanın inkişafı üçün ortaq proqram üzərində işlədiklərini bəyan edib. Putin Medvedyevlə mövqeyində qəti surətdə heç bir fərq olmadığını söyləyib: “Son dövrdə və ya əvvəlki illərdə mənim ictimaiyyət qarşısında çıxışlarıma baxsanız eyni mövqenin şahidi olarsınız”.

Putin 2012-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürüb-sürməyəcəyi ilə bağlı suala belə cavab verib: “Buna Rusiya xalqı cavab verəcək”.

Keçən həftə çıxışında iqtisadiyyatda dövlətin rolunun azaldılmasını tələb edən Medvedyev dövlət kapitalizminin Rusiyanı iqtisadi ölümə aparan təhlükəsi adlandırmışdı. Medvedyevin problemlərə diqqət çəkməsini düzgün davranış hesab edən Putin hər hansı bir əsas olmadan məhkəmə sistemini isə tənqid etməyin düzgün hərəkət olmadığını deyib.

Qeyd edək ki, Rusiya prezidenti qərb mətbuatına verdiyi açıqlamada Putinlə eyni siyasi ənənəyə sahib olduğundan ona rəqib kimi prezident seçkilərində namizədliyinin irəli sürməyin mümkünsüzlüyünü bildirib.

Nərgiz Ehlamqızı