Medvedyev yol polisinin rüşvət alma üsuluna təəccüblənib

medvedyev-yol-polisinin-rusvet-alma-usuluna-teeccublenib
Oxunma sayı: 702

“Qafqazinfo”nun məlumatına görə, Penza bölgəsinə səfər edən prezident rus iş adamlarını qəbul edib. Peşə seçimi ilə bağlı məsələləri müzakirə edən Medvedyev gənclərin məmur olmağa meylli olmaqlarından narahatlığını ifadə edib: “Gənclərin məmur olmaq istəkləri məni narahat edir. Niyə? Orada yaxşı maaş verilir yoxsa prestijli işdir? Deyil! Bu tez varlanmaq üsuludur! Bu sui-istifadədir! Bax bu narahatedici məsələdir”.

Daha sonra iş adamı Penza bölgəsində yol polislərinin necə rüşvət almasını anladıb. O, polislərin rüşvət almaq üçün pulun zibil qutusuna atılmasını tapşırdıqlarını deyəndə Medvedyev təəccübünü gizlədə bilməyib.

Səidə