Medvedyevə zəng çatmır?

medvedyeve-zeng-catmir
Oxunma sayı: 673

“Qafqazinfo”nun Rusiya KİV-ə istinadən verdiyi xəbərə görə, Fransa prezidenti telefon danışığında BMT Təhlükəsizlik Şurasının Suriya ilə bağlı qətnaməsinə mane olmağa çalışan Moskvanın mövqeyini aydınlaşdırmağa çalışmaq istəyib. Fevralın 6-da Medvedevə bu məsələ ilə bağlı zəng vuracağını bildirsə də Rusiya prezidentinin mətbuat katibi Medvedevin qrafikində belə bir telefon danışığının olmadığını deyib.

Daha əvvəl də Almaniya kansleri Angela Merkel Moskvanın Suriya ilə bağlı tutduğu mövqe ilə bağlı məyusluğunu ifadə etmişdi.

Britaniyanın xarici işlər naziri Uilyam Heyq Rusiya və Çini Suriya xalqının maraqlarına xəyanət etməkdə ittiham etmişdi.

Xatırladaq ki, fevralın 4-də Rusiya və Çin BMT TŞ tərəfindən Suriya ilə bağlı qəbul edilən qətnaməni əngəlləmişdilər.

Səidə