Məğlub baş məşqçilərin istefası başladı

meglub-bas-mesqcilerin-istefasi-basladi-
Oxunma sayı: 639

Polşa millisi A qrupunda cəmi iki xal toplayıb və sonuncu yeri tutub.

“Bu, mənqim millidəki fəaliyyətimin sonudur. Mənim müqaviləm EURO-2012-dən sonra başa çatır”, - baş məşqçi Polşanın TVP telekanalına bildirib.

“İnanıram ki, komandamız əhəmiyyətli irəliləyş əldə edib. İki aydan sonra 2014-cü ilin Dünya çempionatının seçmə mərhələsi başlayır. Düşünürəm ki, Polşa millisi final mərhələsinə çıxa biləcək”, - Fransişek Smuda əlavə edib.

Qrup mərhələsinin sonuncu oyununa gəlincə, baş məşqçi deyib ki, Çexiya millisi əla oyun göstərib və qol vurub: “Biz xüsusilə birinci hissədə şanslarımızdan istifadə edə bilmədik”.

Rusiyanın futbol millisinin baş məşqçisi postuna əsas iddialılardan biri Valeri Qazzayevdir. ANS PRESS xəbər verir ki, məlumatı “R-Sport” agentliyi vəziyyətlə tanış mənbəyə istinadən yayıb.

2010-cu ildən Rusiya millisinə rəhbərlik edən hollandiyalı mütəxəssis Dik Advokat Rusiya Futbol İttifaqı ilə müqavilənin uzadılması ilə bağlı razılığa gələ bilməyib və milli EURO-2012-də çıxışını dayandırdıqdan sonra klubu tərk edəcək. Rusiya millisi EURO-2012-nin qrup mərhələsində Yunanıstan yığmasına məğlub olub və Avropa birinciliyində mübarizəni dayandırıb.

“R-Sport” agentliyinin mənbəsi bildirib ki, baş məşqçi postuna namizədlərin siyahısı hazırlanıb. Siyahıda baş məşqçiliyə ən real namizədlərdən biri Valeri Qazzayevdir.

Valeri Qazzayev 2002-2003-cü illərdə Rusiya millisinə başçılıq edib. Komanda onun rəhbərliyi ilə 9 oyun (4 qələbə, 3 məğlubiyyət, 2 heç-heçə) keçirib. O, UEFA tərəfindən 2004-2005-ci illər mövsümündə ilin məşqçisi seçilib.