“Məğlubiyyətə görə üzr istəyirəm” - Elxan Abdullayev

“Məğlubiyyətə görə üzr istəyirəm”
Oxunma sayı: 99

“Çempionatın startını səbrsizliklə gözləyirdik. Əfsuslar olsun ki, məğlub olduq”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Elxan Abdullayev deyib.

“Ağ-qaralar” Topaz Premyer Liqasının ilk turunda öz meydanında “Qarabağ”a məğlub olub. Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən mütəxəssis fikirlərini bildirib.

- Məğlub olmaq istəməzdik. Amma bu gün belə alındı. İlk hissədə yox, ikinci hissədə yaxşı oynadıq. Məğlubiyyətə görə azarkeşlərimizdən üzr istəyirik.

- “Qarabağ” “Neftçi”yə qarşı ikinci heyətlə oynayırdı. Necə düşünürsünüz, komandanız hansı cəhətlərdə “Qarabağ”dan geri qaldı?

- Mən bu barədə danışmaq istəmirəm. Həmişə istəyirəm ki, “Qarabağ” bizə qarşı əsas heyətlə oynasın. Əksinə, ehtiyat oyunçular şans qazananda daha da həvəsli olurlar. Etiraf edək ki, “Qarabağ” bizdən güclüdür. Uzun müddətdir bir yerdə oynayırlar.

- Birinci qol zamanı Səlahət Ağayev kobud səhvə yol verdi. Oyundan sonra onunla bu haqda danışdınızmı?

- Yəqin ki, Səlahət öz oyununu təhlil edəcək. Bəli, səhvi var idi. Əgər qapısından kənara çıxmasaydı, bəlkə də qol olmayacaqdı.

- Oyunu Derlisin üzərində qurmuşdunuz. Onu oynatmaq məcburiyyətində idiniz?

- Mən Derlisin oyunundan çox razı qaldım. Ötürmələr zamanı səhvlər etmədi. Şəxsən mənə, komandaya onun kimi oyunçu lazımdır. Ümid edirəm ki, Derlis oyundan-oyuna daha yaxşı çıxış edəcək.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi