Məhbus yanğın çıxardı, 20 nəfər xəstəxanalıq oldu

mehbus-yangin-cixardi-20-nefer-xestexanaliq-oldu
Oxunma sayı: 786

Türkiyənin İzmir şəhərindəki Əliağa qəsəbəsindəki həbsxanada Fırat adlı məhkum qaldığı kamerada çarpayını yandırıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, yanğının miqyası qısa zamanda böyüyüb və bütün həbsxananın əhatə edib.

Həbsxana işçiləri yanğına müdaxilə etmək istəyiblər. Bu zaman 20 işçi qatı dumandan təsirlənib.

Hadisə yerinə cəlb edilən yanğınsöndürənlər qısa zamanda yanğının qarşısını alıblar. 20 işçi isə təci yardım maşınları vasitəsilə xəstəxanaya yerləşdirilib.

Hazırda faktla bağlı araşdırma aparılır.