Məhbuslar mediaya müraciət etdi

mehbuslar-mediaya-muraciet-etdi-
Oxunma sayı: 649

“Qafqazinfo”nun məlumatına görə, onlar müraciətlərində mətbuata verdikləri birinci açıqlama səbəbindən rəhbərliyin açıq şəkildə təxribat hazırladığını iddia ediblər: “Hazırda rəhbərlik dustaqlar arasında bizə qarşı təxribat hazırlayır, rejim qaydalarını və dustaqlara qarşı münasibətlərin sərtləşməsinin səbəbkarı kimi müraciət müəllifləri kimi bizim olduğumuz barədə söhbətlər yayır. Dustaq yoldaşlarımızın mütləq əksəriyyəti ilə səmimi münasibətlərimiz var. Amma müəssisə rəhbərliyi hər hansı yolla olursa olsun , bizimlə dustaqlar arasında problem yaratmağa çalışır.

Biz Azərbaycan hakimiyyətindən, Pentensiar xidmətin rəhbərliyindən təhlükəsizliyimizə təminat tələb edirik”.