Məhbuslar üçün 800 televizor

mehbuslar-ucun-800-televizor
Oxunma sayı: 648

Bu barədə SalamNews-a Konstitusiya Araşdırmalar Fondunun sədri, hüquq müdafiəçisi Əliməmməd Nuriyev məlumat verib.

Onun sözlərinə görə, may ayında həbsxanalarda saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi barədə Qanun qəbul olunub. Bu qanuna əsasən məhbuslar əlavə telefon zəngləri etmək, saxlanma şəraitlərinin yaxşılaşdırılması, tibbi xidmət almaq imkanları qazanıblar.

Penitensiar xidmət qanundan irəli gələn tələbləri yerinə yetirmək məqsədilə televizorlar alaraq, quraşdırmağa başlayıb. Belə ki, artıq 3 müvəqqəti saxlanma təcridxanasına 58 telefon xətti çəkilib. Bununla da, məhbuslar qohumları və hüquq müdafiəsi təşkilatları ilə əlaqə saxlamaq imkanı qazanıblar.

“Vəkil və qohumlarla görü sayları artırılıb. Bunun üçün əlavə görüş otaqları yaratmağa ehtiyac var. Yalnız 1 saylı müvəqqəti saxlanma təcridxanası kifayət qədər görüş otağına malikdir. Şüvəlan qəsəbəsi və Gəncə şəhərində yerləşən təcridxanalarda isə, bu şərait yoxdur”,- hüquq müdafiəçisi deyib.

Əliməmməd Nuriyev Penitensiar Xidmətin məhbusların daşınması üçün 13, vərəm xəstəliyindən əziyyət çəkən şəxslərin daşınması üçün 1 avtomobil əldə etdiyini söyləyib.