Məhbusların uşaqları: Atalarımızın günahı nədir?

mehbuslarin-usaqlari-atalarimizin-gunahi-nedir-
Oxunma sayı: 643

Vətəndaş Həmrəyliyi Partiyasında keçirilən şənlik AXCP Qadınlar Şurasının təşəbbüsü ilə baş tutub.AXCP sədrinin müavini Gözəl Bayramlı deyir ki, bu tədbiri keçirməkdə məqsədləri məhbus ailələrini bir araya yığmaq və cəmiyyətin diqqətini bir daha onlara yönəltmək olub: «Vicdan məhbusların arxasında 24 körpə uşağın taleyi dayanır. Heç bir hakimiyyətin haqqı yoxdur ki, bu uşaqların taleyi ilə oynasın, onların atalarını günahsız yerə məhbəsdə saxlasın. Biz hakimiyyətə bir daha demək istəyirik ki, onların həbs etdiyi insanlar heç bir qanunu pozmayıblar. Sadəcə, konstitusiyanın verdiyi hüquqlardan istifadə etməklə azad fikirlərini deyiblər. Buna görə isə insanları məhbəsə atmaq, bu qədər körpəni atasız qoymaq olmaz».

Tədbirdə uşaqlar çıxışlar ediblər. Onlar atalarının hansı səbəbdən həbsdə olmasını özləri anladıqları kimi izah etməyə çalışıblar, bayramları ataları ilə birlikdə keçirmək istədiklərini deyiblər.

Daha sonra onlar musiqi nümunələri ilə çıxış edib, şeirlər deyiblər. Sonda uşaqlara Yeni il hədiyyələri paylanıb.

Bu il 17 fəal həbs olunub. Onlardan 13-ü 2 aprel aksiyasının iştirakçılarıdır.

Beynəlxalq təşkilatlar onların həbsini siyasi motivli sayır.