Məhbusu yandırdılar

mehbusu-yandirdilar
Oxunma sayı: 641

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə Pakistanın Sindi vilayətində baş verib. Polis məntəqəsinə basqın edən 200 nəfər Quran-i Kərimi yandıran şəxsi diri-diri yandırıblar.

Quranı yandıran şəxs vilayətə qonaq gəlib və gecəni məsciddə keçirib. O məsciddə olduğu zaman Quran-i Kərimi yandırıb. Bundan xəbər tutan vilayət sakinləri onu döydükdən sonra polisə təhvil veriblər. Onların hirsi soyumadığından polis məntəqəsinə basqın edərək məhbusu yandırıblar.