Məhəbbət Vəliyeva aksiya keçirilən məktəbdə olub

mehebbet-veliyeva-aksiya-kecirilen-mektebde-olub
Oxunma sayı: 3189

Bu gün validyenlərin aksiyasından sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbəri Məhəbbət Vəliyeva 200 saylı orta məktəbdə olub.

İdarədən “Qafqazinfo”ya verilən məlumata görə, sentyabrın 21-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva Məktəb-Lisey Kompleksində olub, təhsil müəssisəsinin rəhbərliyi ilə görüşüb. İdarə müdiri MLK-da təlim-tərbiyə prosesinin təşkili vəziyyəti ilə maraqlanıb, müvafiq tapşırıq və tövsiyələrini verib.

Onu da qeyd edək ki, təhsil müəssisəsində tədris normal şəkildə davam edir, şagirdlərin dərsə davamiyyəti qaydasındadır.