Məhəmməd Əlinin vəziyyəti pisləşdi

mehemmed-elinin-veziyyeti-pislesdi
Oxunma sayı: 644

Məlumata görə, 2012-ci ilin yanvarında, yəni təxminən bir ay sonra 70 yaşı tamam olacaq Əli bir qədər əvvəl vəfat etmiş keçmiş prinsipial rəqibi Co Freyzerin dəfnindən bir neçə gün sonra evində huşunu itiribmiş. Keçmiş boksçunun xəstəxanada neçə gün qalması barədə məlumat verilməsə də, hazırda onun yaxşı olduğu bildirilib.

Məhəmməd Əli 1960-cı ildə-18 yaşında yarımağır çəkidə olimpiya çempionu olmuş, sonralar isə peşəkar boksda ağır çəkidə dəfələrlə dünya çempionu titullarını qazanıb. Məhəmməd Əli 1971-ci ildə Co Freyzerlə keçirdiyi tarxi döyüşün 15-ci raundunda nokautla məğlub olub. Sonralar Co Freyzerlə daha iki dəfə rinqə çıxan və hər ikisində qələbə qazanaraq dünya çempionu adını yenidən özünə qaytaran Məhəmməd Əli idman karyerasının sonunadək Freyzerdən aldığı məğlubiyyəti unuda bilməyib.

Məğlubedilməz Məhəmməd Əlini nokauta göndərməklə tarixə düşən Co Freyzerə gəlincə isə o, boksçu karyerasını 1981-ci ildə başa çatdırıb. Bir qədər sonra Freyzer Nika Staqlianonun “Mələklər yığnağı” filmində baş rollardan birini oynayıb. Dünyanın ağır çəkili məşhur boksçularından biri kimi tarixə düşən Co Freyzer 2011-ci ilin noyabrında 64-yaşında ABŞ-ın Filadelfiya şəhərində qaraciyər xərçəngindən vəfat edib.