Məhəmməd Əmin Rəsulzadəyə həsr olunmuş kitabın təqdimatı olacaq

mehemmed-emin-resulzadeye-hesr-olunmus-kitabin-teqdimati-olacaq
Oxunma sayı: 643

Bu barədə “Qafqazinfo”ya Mətbuat Şurasından məlumat verilib. Kitab M.Ə.Rəsulzadə irsinin yorulmaz tədqiqatçısı, Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin professoru Şirməmməd Hüseynovun uzun və səmərəli axtarışlarının nəticəsi kimi ərsəyə gətirdiyi üçüncü kitabdır. Bakının “Elm” nəşriyyatında çapdan çıxmış 600 səhifəlik kitaba mütəfəkkirin 1915-1916-cı illərdə “İqbal”, “Yeni iqbal”, “Açıq söz” qəzetlərində, “Qurtuluş” məcmuəsində işıq üzü görmüş 200-ə yaxın əsəri daxil edilib.

Qeyd edək ki, kitabın birinci cildi 1992-ci ildə nəşr olunub. Orada M.Ə.Rəsulzadənin 1903-1909-cu illərdə qələmə aldığı nümunələr toplanıb. İkinci cild 2001-ci ildə oxuculara ərmağan edilib. Kitabda M.Ə.Rəsulzadənin beş ildə (1909-1914) yazdığı əsərlər yer alıb. Üçüncü cildə gəldikdə isə oxucular onun yolunu 11 il gözləməli olublar.

Tədbir mayın 31-də baş tutacaq.