Məhəmməd Peyğəmbər adına ən böyük muzey

mehemmed-peygember-adina-en-boyuk-muzey-
Oxunma sayı: 813

“Qafqazinfo”nun “İslaminsesi.az”a istinadən verdiyi məlumata görə, “Əsri Səadət Dünyası” adlı muzeydə Hz. Məhəmməd Peyğəmbərin (s) geyimləri, istifadə etdiyi əşyalar nümayiş olunacaq. Muzey "Siyer" fondu tərəfindən inşa ediləcək.

Fondun rəhbəri Mehmet Kamran qeyd edib ki, inşa ediləcək 6 mərtəbəli muzey 2016-cı ildə istifadəyə veriləcək. Muzeyə dünyanın bir çox ölkələrindən kitablar və əşyalar gətiriləcək.

Layihənin həyata keçməsində Məkkə və Mədinə alimləri də iştirak edəcək.