Məhəmməd peyğəmbəri baş redaktor elan edən redaksiya yandırıldı

mehemmed-peygemberi-bas-redaktor-elan-eden-redaksiya-yandirildi
Oxunma sayı: 644

“Qafqazinfo”nun məlumatına görə, yanğın nəticəsində ofisin binası tamamilə yanıb. Eyni vaxtda, nəşrin saytı da dağıdılıb. Saytın əsas səhifəsində insanlarla dolu məscid meydanı, Quranın təsviri və ingilis dilində mətn verilib. Mətnin müəllifi oxuculara müraciət edərək onları dünyanın və bütün kainatın yaradıcısının Allah olduğunu etiraf etməyə çağırıb. Saytda, həmçinin portalın sahibinin bundan sonra Səudiyyə Ərəbistanı olduğu qeyd olunub.

Qeyd edək ki, jurnalın əsas ofisinə hücum növbəti nömrənin anonsundan sonra baş tutub. Belə ki, növbəti sayın Liviya və Tunisdəki “Ərəb bahar”larının uğuruna həsr olunacağı və baş redaktorun isə Məhəmməd peyğəmbər olacağı elan edilmişdi. Bundan başqa, jurnal müvəqqəti olaraq “Sharia Hedbo” adlanacaqdır.

Jurnalın üz qabığında isə Məhəmməd peyğəmbərin “əgər gülməkdən ölməsəniz, 100 şallaq zərbəsi vurulacaq” başlığı ilə karikaturasının verilməsi nəzərdə tutulurdu.

Xatırladaq ki, bu jurnal diqqəti cəlb etmək üçün islam mövzusundan artıq birici dəfə deyil ki, istifadə edir. 2007-ci ildə də nəşrdə peyğəmbərin 3 karikaturası dərc olunmuşdu. Cavab olaraq jurnal məhkəməyə verilsə də sonradan iddia ləğv edilmişdi.

Səidə