Məhəmməd peyğəmbərin karikaturasını çəkənə silahlı hücum

mehemmed-peygemberin-karikaturasini-cekene-silahli-hucum
Oxunma sayı: 3041


“Qafqazinfo”nun musavat.com-a istinadən məmlumatına görə, bu barədə xəbəri “The Associated Press” yayıb. Agentlik bildirir ki, tədbirin təşkilatçısı isveçli sənətçi Lars Vilksdir. O, 2007-ci ildə İslam peyğəmbəri Məhəmməd (ə) haqqında karikaturalar çəkmişdi və elə o vaxtdan da dəfələrlə ölümlə hədələnib. 

 “TV2”  kanalı şənbə günü bildirib ki, “ Krudttoenden“ kafesinin bayır şüşəsində 30 ədəd güllə dəliyi aşkarlanıb. Ən azı güllə yarası alan iki nəfər xərəkdə hadisə yerindən çıxarılıb. Onlardan biri mülki geyimli polis olub. 

Helle Merete Briks tədbirin təşkilatçılarından biridir. O, agentliyə bildirib ki, cənab Vilks tədbirdə iştirak edib, ancaq o, yara almayıb: “O, Danimarkaya hər dəfə gələndə polis onu qoruma altına alır”.

 Kopenhagenin şimalındakı “ Krudttoenden“ kafsi əsasən caz konsertləri təşkil etməklə məşhurlaşıb. Bu dəfə isə onlar “İncəsənət, küfr və ifadə azadlığı” mövzusunda tədbir hazırlayıblar. 

“BBC” bu hadisə ilə bağlı bildirir ki, kafeyə atılan güllələrin sayı 40-dan çoxdur. Ərazi polis tərəfindən total nəzarətə götürülüb. 

Qərbin aparıcı media mərkəzləri bu xəbəri manşetdən paylaşır.

Yerli polis isə hadisənin səbəbi barədə konkret fikir söyləməkdə çətinlik çəkir. Ancaq polis onu da vurğulayıb ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs "VW Polo" markalı maşınla hadisə yerindən qaçıb. Avtomobilin nömrəsi də polisə məlumdur.