Məhəmməd Salaha qoyulan heykələ lağ etdilər - Fotolar

mehemmed-salaha-qoyulan-heykele-lag-etdiler
Oxunma sayı: 2010

“Liverpul”un oyunçusu Məhəmməd Salahın Misirin Şarm Əl şeyx şəhərində qoyulan heykəli lağ hədəfinə çevrilib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, heykəltəraş Abdel Allah tərəfindən qoyulan abidədə futbolçunun ötən il Premyer Liqada qol rekordunu qırarkən yaşadığı sevinci təsvir edilib. Salaha bənzəməyən heykəl sosial şəbəkələrdə lağa qoyulub.Futbolçunun heykəlinin onun özündən çox “Evdə tək” filminin Marv adlı qəhrəmanına bənzədiyi bildirilib. 

Qeyd edək ki, “Yuventus”un oyunçusu Kriştiano Ronaldonun da başına bənzər hadisə gəlmişdi. Belə ki, Ronaldoya doğulduğu Madeyra adasında adı verilən hava limanında qoyulan heykəl uzun müddət müzakirələrə səbəb olmuşdu.