Məhərrəm İncə ilk görəcəyi işi açıqladı

meherrem-ince-ilk-goreceyi-isi-aciqladi
Oxunma sayı: 2439

Bu gün rəsmi şəkildə prezidentliyə namizədliyi təsdiqlənən Məhərrəm İncə ilk edəcəyi işi açıqlayıb.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, CHP-li namizəd keçmiş rəhbərləri olmuş Dəniz Baykalı xəstəxanada ziyarət edəcək. Bu barədə İncə Tvitter səhifəsində yazıb: “Bu gün Məclis binası önündə seçki çalışmalarımıza başlayıb, daha sonra əvvəlki rəhbərimiz, cənab Dəniz Baykalı xəstəxanada ziyarət edəcəyəm”. 

Qeyd edək ki, iyunun 24-də Türkiyədə növbədənkənar prezident seçkiləri keçiriləcək. 

Nuranə