Məhkəmə 3 gün ərzində Saakaşvili barəsində qərar verəcək

mehkeme-3-gun-erzinde-saakasvili-baresinde-qerar-verecek
Oxunma sayı: 2064

Ukraynanın paytaxtı Kiyevdə saxlanılan “Yeni Qüvvələr Hərəkatı”nın lideri Mixeil Saakaşvili barəsində məhkəmə 72 saat ərzində qərar çıxaracaq.

“Qafqazinfo” “Unian”a istinadən xəbər veri ki, bu barədə Saakaşvilinin vəkili Pavel Boqomazov bildirib.

İlkin məlumata əsasən, saxlanılan zaman  M.Saakaşvili mənzildə tək olub və müqavimət göstərməyib. Hadisə zamanı zərərçəkən olmayıb.