Məhkəmə Ekspertizası Mərkəzinin qarşısında özünü öldürmək istədi - Borca görə...

Məhkəmə Ekspertizası Mərkəzinin qarşısında özünü öldürmək istədi
Oxunma sayı: 84

Xəqani 14/16 ünvanında, Məhkəmə Ekspertizası Mərkəzi binasının qarşısında bir nəfərin özünü benzinlə yandırmaq istədiyinə dair polisə məlumat daxil olub.

“Qafqazinfo” xəbər verir ki, əməliyyat qrupu dərhal hadisə yerinə gedib. Lakin o vaxta kimi həmin şəxs Səbayıl Mühafizə İdarəsinin əməkdaşları tərəfindən bölməyə aparılıb. 

Məlum olub ki, həmin şəxs 1966-cı il təvəllüdlü Qazax rayonu  2-ci Şıxlı kəndindən olan, hazırda isə Bakının Nərimanov rayonunda yaşayan Məmmədov Ələkbər Məhəmməd oğludur. O, ifadəsində bildirib ki, 15 kvadrat metr sahəsi olan tikinti materialları dükanı işlədirdi. Keçmiş qonşusu olan Təmraz İsgəndərov isə həmin dükanı ondan 25 min manata alıb. Lakin məhkəmə qərarı olsa da, indiyə kimi ödənişi etməyib. Bu səbəbdən də Təmrazin ekspert işlədiyi Mərkəzin qarşısında özünü öldürməyə cəhd edib. 

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi