Məhkəmə İlhamə Quliyevanın oğluna hökm oxudu

mehkeme-ilhame-quliyevanin-ogluna-hokm-oxudu
Oxunma sayı: 3856

Binəqədi rayon məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın oğulluğu Orxan Nadirova hökm oxunub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Mirheydər Zeynalovun icraatında olan prosesdə O.Nadirov son söz deyərək peşman olduğunu və zərərçəkmişə dəyən ziyanı ödədiyini bildirib.

Məhkəmənin hökmü ilə O.Nadirova şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

O.Nadirov Türkiyə vətəndaşlarına Azərbaycanda işləmək icazəsi almaq adı ilə şirkət rəhbəri Əli Muradovdan 12 min manat alaraq mənimsəməkdə ittiham edilir.