Məhkəmə iş adamının tələbini təmin etmədi

mehkeme-is-adaminin-telebini-temin-etmedi
Oxunma sayı: 1708

Bakı Apelyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən iş adamı Azadxan Xanməmmədovun birinci instansiya məhkəməsinin hökmündən verdiyi şikayət üzrə məhkəmə prosesi başa çatıb. 

“Qafqazinfo” Lent.az-a istinadən xəbər verir ki, hakim N.Məmmədovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə kollegiyası A.Xanməmmədovun verdiyi şikayəti təmin etməyib. Binəqdi rayon Məhkəməsinin A.Xanməmmədov barəsində çıxardığı 3 il müddətində azadlıqdan məhrumetmə cəzası qüvvədə saxlanılıb.

Qeyd edək ki, Binəqədi rayon Məhkəməsində iş adamı Azadxan Xanməmmədov və digərlərinin barəsindəki cinayət işi üzrə məhkəmə prosesi bu ilin yanvarında başa çatıb. Daha sonra onlar Apelyasiya Məhkəməsinə müraciət ediblər. Belə ki, keçən ilin iyunun 8-də səhər saatlarında Azadxan Xanməmmədovun təşkilatçılığı ilə bir qrup şəxslə birgə Binəqədi rayonu, Mir Cəlal küçəsi 1 d ünvanında yerləşən “Safastore” mağazasına hücum edib və burada dava düşüb. Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən törədildikdə) və 221.2.2-ci (xuliqanlıq, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıb. 

Eyni zamanda A.Xanməmmədov mağazanı 1.5 milyon manata satması, lakin sonrada sənədləri rəsmiləşdirməkdən imtina etdiyi üçün market rəhbərliyi hüquq mühafizə orqanlarına müraciət etmişdir. Sonradan Sabirabad rayonu Poladtoğay kəndində yaşayan S.Səfərovada hüquq mühafizə orqanlarına Azadxan Xanməmmədovun ondan “Bauver 20 H” və “Soulmec SR 30” markalı ağır tikinti texnikalar alması və ödəməli olduğu 706 min manatı verməkdən boyun qaçırması ilə bağlı müraciət etmişdir. Bununla bağlı Binəqədi RPİ-də Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə başlanmış cinayət işi üzrə Azdaxan Xanməmmədov cinayət məsuliyyətinə cəlb edilib.