Məhkəmə keçmiş MTN generallarına “yox” dedi

Məhkəmə keçmiş MTN generallarına “yox” dedi
Oxunma sayı: 1341

Bakı Apellyasiya Məhkəməsində həbsdə olan MTN generalları Sübahir Qurbanov və Teymur Quliyevin, onların əməkdaşları polkovnik Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev və Elşad Əzizovun apellyasiya şikayətləri üzrə məhkəmə prosesi yekunlaşıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Sahibxan Mirzəyevin icraatında olan prosesdə məhkəmə kollegiyası qərarı elan edib. Qərara əsasən, keçmiş MTN-çilər və onların zərərçəkmişlərinin şikayətləri təmin edilməyib. Bakı Hərbi Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Sübahir Qurbanov 14 il, Teymur Quliyev 12 il, polkovnik Füzuli Əliyev 14 il, Zaur Məmmədov 10 il 6 ay, Natiq Alıyev 10 il 6 ay, Anar Şirəliyev 3 il, Eşqin Əliyev 3 il müddətinə azadlıqdan məhrum edilib. 

General Natəvan Mirvətovaya 5 il sınaq müddəti olmaqla şərti cəza verilib. İstintaq zamanı azadlıqda olan qadın general sərbəst qalıb. General bu hökmdən apellyasiya şikayəti verməyib.

Fərhad Atayev və Elşad Əzizova 3 il sınaq müddəti olmaqla şərti cəza verilib və onlar istintaq zamanı həbsdə olduqları üçün məhkəmə zalından azadlığa buraxılıblar. 

Anar Şirəliyev və Eşqin Əliyev apellyasiya məhkəməsi gedişatında cəza müddəti başa çatdığı üçün azadlığa buraxılıblar.

Təqsirləndirilən şəxslərin hərbi rütbələrindən azad olunmaları üçün müvafiq qurumlara təqdimat verilib.

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi