Məhkəmə Kür daşqınından sonra qəzalı vəziyyətə düşən evlərə baxış keçirəcək

mehkeme-kur-dasqinindan-sonra-qezali-veziyyete-dusen-evlere-baxis-kecirecek
Oxunma sayı: 645

Evinin tamamilə yararsız hala düşdüyünü deyən iddiaçı ona ayrılan 1600 manat vəsaitin yalnız təmiri mümkün evlər üçün nəzərdə tutulduğunu diqqətə çatdırıb. Qeyd edək ki, budəfəki məhkəmə prosesində cavabdeh tərəf kimi Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi iştirak etsə də, Meliorasiya və Su Təsərrüfatı ASC-dən heç kəs prosesə qatılmayıb.
Hakim bildirib ki, Saatlı məhkəməsi qəzalı vəziyyətdə olan evlərə baxış keçirəcək və həmin vaxta qədər məhkəmə prosesi təxirə salınır.
Xatırladaq ki, Meliorasiya və Su Təsərrüfatı ASC-i Kür və Araz çaylarının lildən təmizlənməsi və çayların ətrafında bəndvurma, sahil bərkitmə işlərinə görə cavabdehdir. Digər tərəfdən Meliorasiya və Su Təsərrüfatı ASC ayrılan vəsaitlərin xərclənməsi ilə bağlı informasiya sorğusunu cavablandırmadığına görə “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı tərəfindən məhkəməyə verilib.

Səidə Teyyubqızı