Məhkəmə məscidin 180 min manatlıq qaz borcunu sildi

mehkeme-mescidin-180-min-manatliq-qaz-borcunu-sildi
Oxunma sayı: 3569

Bakının Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda yerləşən “İmam Həsən” məscidinə ötən il qazdan istifadəyə görə “Azəriqaz” tərəfindən dini icmaya külli miqdarda borc qəbzi verilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, qəbzdə məscidin 180 min manatlıq qaz borcunun yarandığı qeyd olunub.

Bununla bağlı məscidin dini icması 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edərək borcun əsassız olaraq hesablandığını bildirib və silinməsini istəyib.

Məhkəmə məscidin tələbini müsbət cavablandırıb və qaz borcunun silinməsinə qərar verib.

Murad Əhməd