“Məhkəmə qanunsuzluqları bununla bitmir”

mehkeme-qanunsuzluqlari-bununla-bitmir
Oxunma sayı: 640

“Qafqazinfo”nun məlumatına görə, bəyanatda deyilir: “Arif Hacılı, Tural Abbaslı, Məhəmməd Məcidli və Fuad Qəhrəmanlı 2 aprel məhbusları haqda məhkəmə qərarından 17 oktyabr 2011-ci il tarixində apellyasiya şikayəti verilib. Cinayət Prossesual Məcəlləsinin tələblərinə görə, Səbail rayon məhkəməsi ən geci 03 noyabr 2011-ci il tarixinədək şikayəti Apellyasiya məhkəməsinə göndərməliydi. Lakin bugünədək həmin şikayət göndərilməyib və qanuni baxımdan həmin siyasi məhbuslar 03 noyabr 2011-ci il tarxindən etibarən qanunsuz olaraq həbsdə saxlanılırlar və faktiki olaraq girovluqda sayılırlar. Təəssüf ki, məhkəmə orqanlarının qanunsuzluqları bununla bitmir. Belə ki, CPM-nin tələbinə əsasən Səbail rayon məhkəməsi apellyasiya şikayəti daxil olandan 10 gün müddətində şikayətin surətini məhbuslara və onların vəkillərinə göndərməliydi ki, bu da edilməyib”.

İctimai Palata bəyanatında bunu məhkəmə özbaşınalığı kimi qiymətləndirir: “Məhkəmənin növbəti mərhələsində baş verən pozuntu və qanunsuzluqlar da hakimiyyətin zirvəsindən gələn siyasi sifariş əsasında edilir. Hakimiyyətdən bu hüquqi nihilizmə son qoymağı və günahsız 2 aprel məhbuslarını dərhal azad etməyi tələb edirik”.

Fatimə Kərimli