Məhkəmə qərarı dəyişmədi

mehkeme-qerari-deyismedi
Oxunma sayı: 645

Aksiya zamanı məktəbə dərs deməyə gedən Əlisa Həsənov polis zorakalığına məruz qalıb. Həmin gün həbs edilərək Sabirabad rayon Polis Şöbəsinə gətirilən Ə. Həsənov şöbədə polislər tərəfindən işgəncəyə məruz qalıb. Həmin gün Saatlı rayon məhkəməsi onu azadlığa buraxsa da onun polislərin zorakı və işgəncələrə söykənən hərəkətinə ədalətli və obyektiv qiymət verməyib. Məhz bundan sonra bir sıra qurumlara müraciət edən Ə. Həsənov Saatlı rayon məhkəməsinin qərarından da Apelliyasiya şikayəti verib.

Şirvan şəhər Apelliyasiya məhkəməsində onun şikayətinə baxılıb. “Qafqazinfo”nun məlumatına görə, Apelliyasiya məhkəməsi Saatlı rayon məhkəməsinin qərarını yenidən qüvvədə saxlayıb. Xatırladaq ki, bür müddət öncə də adı çəkilən məhkəmədə oxşar proses keçirilmiş və oxşar qərar qəbul olunmuşdu. Ə. Həsənovun bir sıra qurumlara etdiyi şikayətdən sonra Şirvan şəhər Apelliyasiya məhkəməsi Saatlı rayon məhkəməsinin qərarına yenidən baxıb. Məhkəmə onun iddiasını təmin etməməklə yanaşı qərardan şikayət verilməməsinə dair qərardad çıxarıb.

Məhkəmədə Qeyri- Hökümət Təşkilatlarının və siyasi partiyaların nümayəndələri iştirak edib. Ə. Həsənov Apelliyasiya məhkəməsinin qərarını ədalətsiz hesab edərək Avropa İnsan Haqları məhkəməsinə müraciət edəcəyini bildirib.

Xatırladaq ki, Əlisa Həsənov 2010- cu ilin yazında baş vermiş Kür daşqınlarının təsirinə məruz qalan Saatlı rayonunun Novruzlu kənd sakinidir və adı çəkilən kəndin orta məktəbində müəllim işləyir. O eyni zamanda Klassik Xalq Cəbhəsi Partiyasının Saatlı rayonundan Ali Məclis üzvüdür.