Məhkəmə tələbə haqda qərar verdi

mehkeme-telebe-haqda-qerar-verdi
Oxunma sayı: 1777

Bu gün Yasamal rayon məhkəməsində BDU-nun “İlahiyyat” fakültəsinin dekan müavini Nigar İsmayılzadənin 4-cü kurs tələbəsi Zəka Mirağayevə qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə prosesi yekunlaşıb.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə Zəka Mirağayev aylıq əmək haqqısının 15 faizi dövlət nəfinə tutulmaqla 1 il islah işləri cəzasına cəlb edilib.

Qeyd edək ki, Z.Mirağayeb mətbuata açıqlamasında fakültədə rüşvət hallarının olması ilə bağlı danışıb. O, bu işdə dekan müavini Nigar İsmayılzadənin adını hallandırıb. N.İsmayılzadə Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadənin bacısıdır.

Murad Əhməd