Məhkəmə tərəflərə barışıq təklif etdi

mehkeme-tereflere-barisiq-teklif-etdi
Oxunma sayı: 681

“Qafqazinfo”nun məlumatına görə, hakim Elçin Məmmədovun sədrliyi ilə keçən məhkəmə prosesində Sabirabad rayonunun Ulacalı kənd sakini Hüseynağa Hüseynovun iddia ərizəsinə baxılıb. Cavabdeh tərəflərdən Fövqaladə Hallar Nazirliyinin vəkili İlhamə Turabova, cavabdeh tərəfdən isə H. Hüseynov və onun nümayəndəsi Oqtay Gülalıyev iştirak edib. İddiaçı və onun nümayəndəsi çıxış edərək 2010- cu ilin yazında baş verən daşqınların nəticələrinin aradan qaldırılması ilə bağlı ölkə başçısı İlham Əliyevin 19 may 2010- cu ildə imzaladığı 908 saylı fərmanın Hökümət Komissiyası tərəfindən düzgün yerinə yetirilmədiyini və həmin fərmana uyğun olaraq dəyən ziyanın obyektiv qiymətləndirilmədiyini qeyd ediblər. FHN- nin vəkili iddiaçının və hakimin suallarını cavablandırıb, Hüseynağa Hüseynovun evinə hökümət komissiyasının keçirdiyi baxışa dair tərtib olunmuş Aktın sürətini məhkəməyə təqdim edib.
Tərəfləri dinlədikdən sonra hakim iddiaçıya və FHN- nin nümayəndəsinə problemin həlli üçün barışıq təklif edib. Proses oktyabrın 26-da davam edəcək.

Qeyd edək ki, Kür daşqınları ilə bağlı H. Hüseynov dəymiş maddi ziyana görə FHN-nin 22 900 manat, mənəvi ziyana görə isə 10 min manat kompensasiya ödənməsini tələb edir.
Xatırladaq ki, Kür daşqınları ilə bağlı vətəndaşların mülkiyyətinə dəyən ziyanın ödənilməsi tələbi ilə keçirilən məhkəmə proseslərində vətəndaşların hüquqları “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı tərəfindən qorunur. İddiaçılardan Saatlı rayon Dəllər kənd sakini Lazım Umudovun iddiası təmin olunub və artıq hazırda ona yaşadığı ünvanda ev tikilir.
Hakimin qərarı ilə məhkəmə oktyabrın 06-a qədər təxirə salınıb.