Məhkəmə zalında həbs olundu

mehkeme-zalinda-hebs-olundu
Oxunma sayı: 1998

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Emil Hüseynov hökm oxunub. 

"Qafqazinfo"nun məlumatına görə, hakim Zeynal Ağayevin icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə E.Hüseynov 9 il müddətinə azadlıqdan məhrum edilib. İstintaq dövründə azadlıqda olduğunu üçün məhkəmə zalında həbs olunub. 

Xatırladaq ki, dövlət ittihamçısı çıxış edərək E.Hüseynovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, E.Hüseynov Gürcüstandan izolyasiya və digər materiallar gətirmək adı ilə müxtəlif şəxslərdən ümumilikdə, təxminən 8 milyon manat pul mənimsəyib.

Qeyd edək ki, təqsirləndirilən E.Hüseynov “Azərbaycan Dəmir Yolları” QSC-nin rəisi, sonra isə nəqliyyat nazirinin müavini olmuş Arif Əsgərovun baldızı oğludur. Onun qardaşı Rahib Hüseynovun məhkəməsi hazırda davam edir. 

Murad Əhməd