Məhkəmədən bayraq fotosu ilə bağlı açıqlama

mehkemeden-bayraq-fotosu-ile-bagli-aciqlama
Oxunma sayı: 4449

Bakı Apellyasiya Məhkəməsinin binasının qarşısında asılan bayraq cırılıb.

 “Qafqazinfo” xəbər verir ki, bu barədə fotonu Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) mətbuat katibi Əli Orucov sosial şəbəkədə paylaşıb. 

O qeyd edib ki, bayrağa hörmətsizlik təkcə Qazax rayonunda deyil, həm də paytaxt Bakıda edilib.

Qeyd edək ki, bir neçə gün əvvəl Qazax rayonunda bayraq güclü külək nəticəsində cırılmışdı. Məsələ mediada işıqlandırıldıqdan sonra bayraq dəyişdirilmişdi.

***


Bakı Apellyasiya Məhkəməsindən “Qafqazinfo”ya bildirilib ki, təqdim olunan foto iki il əvvələ aiddir. Bu haqda qurumdan yeni foto təqdim olunub və bildirilib ki, hazırda Məhkəmənin qarşısında dalğalanan bayraqda heç bir problem yoxdur.