Məhkəmədən Hakan Şükürlə bağlı qərar

mehkemeden-hakan-sukurle-bagli-qerar
Oxunma sayı: 5023

Sabiq türkiyəli futbolçu və millət vəkili Hakan Şükürü sosial mediada təhqir etdiyinə görə cəzalandırılan Yusuf Varol qərara etirazını bildirib.

“Qafqazinfo” Posta-ya istinadən xəbər verir ki, Ankara Məhkəməsi etirazı dəyərləndirib və qərarı ləğv edib.

Y.Varol barəsində yeni hökm çıxarılıb. Yeni qərara əsasən ona pul cəzası verilib.

Xatırladaq ki, H.Şükür 15 iyul çevrilişə cəhd hadisələrindən sonra ABŞ-a qaçaraq orada yaşamağa başlayıb.

Y.Varol bu hadisələrdən sonra ona sosial mediada “şərəfsiz” dediyi üçün məhkəməyə verilmişdi. Məhkəmədə isə onun haqqında 3 ayda 2 ilə qədər həbs tələb edilirdi.